AccessBank sahibkarları biznes foruma dəvət edir
Vergi və gömrük sahələrinə aid suallarınızın cavabını ekspertlərin dilindən eşidin!
2019-cu ilin iyun ayının 11-də "Four Seasons" hotelində AccessBank-ın təşkilatçılığı iləbiznes forumu keçiriləcək. Sahibkarların iştirakı ilə baş tutacaq tədbirdə aktual olan məsələlər ətrafında müzakirələr aparılacaq.
Biznes forum paralel keçirilən
iki paneldən ibarət olacaq. "Vergi" və "Gömrük" panellərinə qatılanlar AccessBank-ın əməkdaşları, bu sahələr üzrə ixtisaslaşmış ekspertlər, BİG-4 üzvü olan şirkət nümayəndələrinə öz suallarını ünvanlaya bilərlər.
Qeyd edək ki, tədbir saat 15:00-da başlayacaq və 19:00-dək
davam edəcək. Tədbirdə iştirak etmək istəyən şəxslər onlayn qeydiyyatdan keçməlidir.
Yerlərin sayı məhdud olduğundan müraciətlərə baxıldıqdan sonra təsdiqlənmiş iştirakçılara məlumat veriləcək.