“AccessBank” regionlarda qadınları sevindirib

“AccessBank” regionlarda qadınları sevindirib
"AccessBank”ın maliyyə dəstəyi, "GİD CSR Consulting” və "Green Line” psixoloji mərkəzinin təşəbbüsü ilə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Sabirabad və Saatlı rayon mərkəzlərində xanımlarla görüş keçirilib.

Bankın mətbuat xidmətindən Sfera.az-a daxil olan məlumata görə, komitənin təşkilatçılığı ilə keçirilən tədbir 8 mart - Beynəlxalq qadınlar gününə həsr olunub.

Görüşün əsas məqsədi həssas sosial qruplara aid aztəminatlı, çoxuşaqlı tənha və fiziki məhdudiyyətli uşaq anası olan xanımlara dəstəyin verilməsi, onlara bayram ab-havasının yaşadılması idi.

"AccessBank”ın Korporativ bankçılıq/Marketinq departamentinin direktoru Günay Cəlilova qadınların cəmiyyətdəki rolundan danışaraq bildirib ki, onların çiyninə çox böyük məsuliyyət düşür: "Azərbaycan qadınının necə güclü olduğunu hər birimiz bilirik. Buna baxmayaraq, hər bir qadın diqqət və qayğıya layiqdir. Sizin isə bu diqqət və qayğıya ikiqat ehtiyacınız var. Düzdür, bugünkü bir görüşlə sizin bütün istəklərinizi reallaşdıra bilməsək də, gözəl bayram ərəfəsində sizi sevindirməyi özümüzə borc bildik”.

Tədbirin sonunda xanımlara "AccessBank” adından hədiyyələr paylanılıb. Hədiyyələrə görə banka təşəkkür edən komitənin nümayəndələri bildirib ki, bəzi xanımlar həyatında ilk dəfədir bu cür diqqətə layiq görülür.




OXŞAR XƏBƏRLƏR