\"AccessBank\" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 000 manat köçürdü

\
 
"AccessBank" Azərbaycan dövləti tərəfindən koronavirusun yayılmasına qarşı yönəlmiş və onun ölkə iqtisadiyyatına və əhalinin məşğulluğuna vurduğu mənfi təsiri azaltmaq üçün həyata keçirdiyi tədbirləri tamamilə dəstəkləyir.

Sfera.az xəbər verir ki, bununla bağlı olaraq, "AccessBank" Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250.000 manat köçürüb.

"AccessBank" əsas prinsiplərinə - sosial məsuliyyət və müştərilərə sədaqət olmaqla, Azərbaycanın davamlı inkişafında iştirak etmək missiyasını öz üzərinə götürüb. Bununla əlaqədar olaraq, bank müştərilərinə pandemiyanın maliyyə nəticələrini minimuma endirmək üçün bir sıra tədbirlər tətbiq edəcək. Tədbirlərə cari kreditlər üzrə restruktrizasiya əməliyyatlarının aparılması imkanları, ödənişlər üzrə güzəşt müddətinin tətbiq olunması, iqtisadiyyatın zərər görmüş sahələri üçün sabit maliyyələşdirilmə imkanları daxil ediləcək.
Bundan başqa, profilaktik tədbirlər çərçivəsində bank, inzibati bina və filiallarında daimi dezinfeksiya işləri aparır və müştərilərinə beynəlxalq tövsiyələrə uyğun olaraq xidmət göstərir. 

Sağlamlıqlarının maksimum qorunması üçün "AccessBank" müştərilərinə ehtiyac və tələblərinə uyğun olan məsafəli xidmətdən yararlanmağı məsləhət görür. 
İndi bizim ümumi vəzifəmiz bu sınaqdan uğurla keçməkdir və "AccessBank" bunun üçün maksimum səy göstərməyə hazırdır.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...