AccessBank-ın yeni xidməti ilə bu günün işini sabaha saxlamayın - MÜSAHİBƏ
Biznes kreditləşməsi üzrə bank sektorunun liderlərindən biri olaraq, müştərilərinin tələbatı əsasında AccessBank mütəmadi şəkildə bazara yeni məhsullar çıxarır. Bu cür məhsullardan biri də overdraftdır. Bu terminin arxasında nəyin gizləndiyini çox adam bilmir. Qısaca onu deyə bilərik ki, overdraft spesifik şərtləri olan kredit məhsuludur. Sözügedən məhsul barədə detallı məlumatı AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru Vaqif Babayev məlumat verəcək.
- Vaqif bəy, əvvəla, overdraftın nə
olduğunu açıqlayın.
-
Bu terminin tərcüməsi "layihədən daha artığı" mənasını verir. Başqa
sözlə, AccessBank sizə yalnız hesabınızda olan vəsaiti xərcləməyə imkan vermir,
eyni zamanda bir qədər borc götürməyə da imkan yaradır. Overdraftdan yararlanan
müştərilərimiz, cari hesabında vəsaitin olmamasına baxmayaraq, müxtəlif ödənişlər
həyata keçirə bilərlər. Bu məhsul qısamüddətli likvidlik çatışmazlığının aradan
qaldırılması üçün nəzərdə tutulub. Sadə dildə desək, biz müştəriyə overdraft təklif
edirik, çünki qısa müddət sonra onun hesabına vəsaitin daxil olmasından əminik.
Sual oluna bilər ki, bu, nə üçün lazımdır? Müştərilərimizin hesabına
daxilolmalar heç də hər zaman onların ödəniş (mal və əmtəə, vergi, əməkhaqqı)
tarixləri ilə üst-üstə düşmür. Buna görə, müştəri AccessBank-dan borc götürür və
hesabına vəsait daxil olan an borcunu qaytarır. Bir məqamı da diqqətinizə
çatdırım ki, ödənişi həyata keçirmək üçün müştərilərimizin filiala getməyinə
ehtiyac yoxdur: vəsait hesaba daxil olan kimi, borc avtomatik olaraq silinir.
- Gəlin
overdraft ilə kreditin əsas fərqlərini detallı incələyək...
-
Fərqlərdən biri odur ki, kredit konkret məqsədlər üçün (məsələn, məhsul, əmlak
alışı və s.) verilir. Kreditin bəlli bir ödəniş qrafiki olur və müştəri ödədiyi
vəsaitdən yenidən istifadə edə bilməz. Overdraft isə yenidən bərpa olunan məhsuldur.
Yəni müştəri onu müəyyən ödənişlər üçün istifadə edir, cari hesaba vəsait daxil
olan kimi isə borc avtomatik olaraq bağlanır. Maraqlı məqamlardan biri odur ki,
müştəri yalnız overdraftdan faktiki istifadə etdiyi günlər üzrə ödəniş edir.
Digər fərq isə rəsmiləşmənin sürətindədir. Overdraftın rəsmiləşməsi üçün
minimal sənədlər paketi tələb olunur. Əsas şərt bank hesabı (həm AccessBank, həm
də digər banklarda) üzrə dövriyyənin mövcudluğudur.
- Başqa sözlə, biz deyə bilərik ki, overdraft almaq üçün yalnız müştərinin ərizəsi
kifayət edir?
-
Bəli. Digər sənədləri bizim əməkdaşlarımız tərtib edəcək. Qeyd edim ki,
overdraft maksimum 2 günə verilir.
- Bəs overdraftın limiti necə müəyyən
olunur?
- Overdraftın limiti müştərinin hesabına daxil olan orta aylıq vəsaitdən
asılıdır. Müştərinin biznesinin spesifikliyindən və onun kredit tarixçəsindən
asılı olaraq, overdraftın limiti 20-80% aralığında dəyişə bilər.
- Overdraftın əsas üstünlükləri hansılardır?
-
Overdraftın üstünlüklərindən danışarkən ilk növbədə onu qeyd etmək istərdim ki,
müştərilərimiz müəyyən limit çərçivəsində istənilən vaxt onlara lazım olan vəsaiti
əldə edə bilərlər. Yeri gəlmişkən, pul vəsaitini qeyri-məhdud sayda əldə etmək
olar - bu, bərpa olunan resursdur. Digər üstünlüyü odur ki, overdraft qısamüddətli
xərclərin ödənilməsinə hesablanmış kredit məhsuludur. Başqa sözlə desək, kredit
resurslarını istənilən məqsədə yönəltmək olar. Faizlər yalnız overdraftın
istifadə olunan məbləğinə hesablanır. Əgər overdraft istifadə olunmayıbsa, faiz
hesablanmır. Qeyd etməyə dəyər ki, kreditin məbləği mütəmadi olaraq bərpa
olunur. Bankla yeni kredit müqaviləsi imzalamağa ehtiyac yoxdur. Müəyyən limitədək
girov tələb olunmur. Overdraft sahibkarlara biznes tsiklində
gecikmələrdən yayınmağa imkan verir.
- Bu məhsulun müştərilər tərəfindən seçilməsinə təsir edən əsas amillər hansılardır?
-
Müəyyən limitədək overdraftlar girovsuz, 1 gün ərzində və tam maliyyə analizi
aparılmadan verilir. Bu isə məhsulu olduqca əlçatan edir.
AccessBank-ın bu məhsulunun iş prinsipi ondan ibarətdir ki, müştərilərimiz
hesabında sıfır gördükdə, narahat olmaya bilərlər. Çünki AccessBank-ın
overdraft məhsulu ilə sıfır o qədər də pis deyil! Hesabınızda kifayət qədər vəsait
olmasa belə, overdraftın köməyi ilə təcili ödənişlərinizi həyata keçirmək üçün
siz zəruri vəsaiti əldə edə biləcəksiniz.
AccessBank biznesdə maliyyə operativliyinin vacibliyini anlayır və məhz
overdraft ilə siz bu əminliyi hiss edə bilərsiniz.