Müsahİbə

AccessBank-ın baş direktoru: "Suallarınızın cavabı bizdədir" - MÜSAHİBƏ

AccessBank-ın baş direktoru: "Suallarınızın cavabı bizdədir" - MÜSAHİBƏ
 
2018-ci ilin oktyabr ayının 1-dən 2019-cu ilin oktyabr ayının 1-dək qeydiyyata alınan vergi
ödəyicilərinin sayı 948,714 mindən 1 milyon 42,232 minə yüksəlib. Maraqlıdır ki, aktiv vergi
ödəyicilərinin sayı 479,459 min təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 54,884
min çoxdur. Artım həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin hesabına təmin olunub. Təcrübədə
sübut olunub ki, vergi ödəyicilərinin mütləq əksəriyyətinin vergi sahəsində məsləhətlərə ehtiyacı var.
Məhz yuxarıda qeyd edilənlər AccessBank-ı quot;Vergi məsləhətçisiquot; xidmətini yaratmağa ilhamlandırdı.
Bu yeniliyin köməyi ilə sizin heç bir sualınız cavabsız qalmayacaq. Layihənin detalları barədə
AccessBank-ın baş direktoru Elşən Pirmalıyev ilə söhbətləşdik.

- Cənab Pirmalıyev, konsaltinq xidmətinin tətbiq olunması zərurəti nədən yarandı?
- İstənilən xidmət və ya məhsulun bazara çıxarılması prosesində AccessBank ilk növbədə çalışır ki,
onlar maksimal şəkildə müştərilərin tələbatına uyğun olsun. quot;Vergi məsləhətçisiquot; xidməti də məhz
buna xidmət edir. Bizim əsas məqsədimiz biznesə tam dəstəyin verilməsidir. Hətta buna görə,
bankımız quot;Biznesin dostuquot; adını da qazanıb və bu adı qorumaq üçün daim yeniliklərə imza atır.
Şübhə etmirəm ki, tətbiq etdiyimiz növbəti yenilik də müştərilərimizin və potensial müştərilərimizin
işini xeyli asanlaşdıracaq. Bilirik ki, sahibkarların əksəriyyətini vergi ilə bağlı suallar maraqlandırır.
quot;Vergi məsləhətçisiquot;nin köməyi ilə müştərilərimizin heç bir sualı cavabsız qalmayacaq, üstəlik, onlar
biznesinə daha çox vaxt ayıra biləcək.
- Xidmətin detalları barədə söz açmazdan öncə bir sual vermək istərdik. Siz quot;potensial
müştərilərimizquot; ifadəsini də işlətdiniz. Bu, o deməkdir ki, xidmətdən yalnız AccessBank-ın
müştəriləri yararlanmayacaq?
- Tamamilə doğrudur, quot;vergi məsləhətçiquot;lərimiz AccessBank-ın müştərisi olmayan sahibkarlara da
faydalı məsləhətlər verəcək.

- Lahiyənin reallaşmasında əsas məqsəd nədən ibarətdir?
AccessBank-ın yaranmasında əsas məqsəd ölkədə mikro, kiçik və orta sahibkarlığın, ümumilikdə
real sektorun inkişafına dəstək verməsidir və fəaliyyət göstərdiyimiz illər ərzində biz missiyamıza
sadiq qalmışıq. İqtisadi şəraitə uyğun olaraq daim müştərilərimizin ehtiyaclarının qarşılanmasına və
onlara dəstək olmağa çalışmışıq. Fəaliyyət müddətimiz ərzində bir gün də olsa onların maliyyə çıxış
imkanlarını məhdudlaşdırmamaqla, etibarlı və sabit maliyyə tərəfdaşı olduğumuzu isbatlamışıq.
Hesab edirəm ki, maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində də nəzərdə tutulduğu
kimi sektorun əsas iştirakçıları olan banklar da maliyyə savadlılığının artırılmasına dəstək
verməlidirlər. Layihənin də məqsədi məhz bundan ibarətdir. Razılaşın ki, lahiyənin
reallaşdırılmasının maliyyə zəncirində iştirak edən bütün tərəflər üçün faydası var.

Qeyd etmək istərdim ki, AccessBank öz fəaliyyətində biznesə qeyri-maliyyə xidmətlərinin
göstərilməsi sahəsinə xüsusi diqqət ayırır. Belə ki, yerli biznes nümayəndələrinin maliyyə
savadlılığının artırılması çərçivəsində bank sektorunda ilk dəfə olaraq AccessBank NFS (Non-
Financial Services) layihəsini reallaşdırdı. Cari ilin ortalarında isə biznes müştərilərimiz arasında
keçirilən sorğu əsasında 100-dən artıq sahibkarın iştirakı ilə vergi və gömrük sahələrinə dair biznes
forum keçirdik.
- İndi isə yeni xidmətin detalları barədə danışaq. AccessBank-ın bu xidmətindən yararlananlar
hansı vergi məsləhətlərini alacaqlar?
- Bu xidmətdən yararlananlar həm vergi məsələləri üzrə konsultasiya xidməti almaq imkanı
qazanacaq, həmçinin vergi və DSMF hesabatlarının hazırlanmasında dəstək alacaqlar. Bundan
başqa, ehtiyac olarsa, tərəfimizdən vergilərlə bağlı təlimin keçirilməsi də mümkündür. Onu da
bildirmək istəyiriəm ki, bu xidmət Bank ilə əməkdaşlıq edən ixtisaslaşmış konsaltinq şirkəti
tərəfindən həyata keçiriləcək.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930