Hadİsə

Ağcabədi sakini damdan yıxıldı, infarktdan öldü

Ağcabədi sakini damdan yıxıldı, infarktdan öldü
Ağcabədi rayon sakini infarktdan ölüb.

Hadisə rayonun Ş.Qurbanov küçəsi, 62 saylı evdə baş verib.

1966-cı il təvəllüdlü Hacıyev Eldar Sultan oğlu yaşadığı evdə aparılan təmir işləri ilə əlaqədar evin damına çıxıb. E.Hacıyev orada ustaların işlərinə baxarkən ürək nayihəsində ağrılar hiss edərək müvazinətini itirib və yıxılıb.

Nəticədə onun sol qolu zədələndiyi üçün qardaşı tərəfindən sınıqçıya aparılıb. Daha sonra evə gələn E.Hacıyevin ürəyində şiddətli ağrılar başlayıb. Ailə üzvləri onu təcili yardımla Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, E.Hacıyevin həyatını xilas etmək mümkün olmayıb.

E.Hacıyev miokard infarktdan xəstəxanada ölüb.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda araşdırma aparılır./Trend

XƏBƏR LENTİ