Cəmİyyət

Abşeronda iki qəsəbə qazsız qaldı

Abşeronda iki qəsəbə qazsız qaldı
 Abşeron rayonunda yük maşını iki qəsəbəyə gedən qaz kəmərini sıradan çıxarıb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə rayonun Ceyranbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, ağır tonnajlı yük maşını rayonun Ceyranbatan və Saray qəsəbələri ərazisinə gedən 500 mm diametrli qaz xəttinə çırpılıb. Nəticədə qaz xətti sıradan çıxıb və hər iki qəsəbənin sakinləri qazsız qalıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. 

Abşeron Rayon Qaz İstismar Sahəsindən verilən məlumata görə, hazırda sıradan çıxan qaz xəttinin bərpası işi həyata keçirilir, tezliklə yaranmış problem aradan qaldırılacaq.
 
Sfera.az
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31