Abşeronda “Böyüklərimizi qoruyaq!” akiyası çərçivəsində yaşlılara xidmət göstərilməsi davam edir

Abşeronda “Böyüklərimizi qoruyaq!” akiyası çərçivəsində yaşlılara xidmət göstərilməsi davam edir
Abşeron rayonunda həyata keçirilən "Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya bu gün də uğurla davam etdirilib.
 
Sözügedən aksiya ilə əlaqədar RİH-də yaradılan qərargaha 50 çağırış edilib. Yaşı 65-dən yuxarı olan sakinlər gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınıb verilməsini, kommunal xidmət haqqlarının ödənilməsini və digər sosial xidmətlərin göstərilməsini xahiş ediblər.
 
Onların hər birinin yaşadığı ünvana gedilərək lazimi xidmətlərlə təmin edilib. Beləliklə, sosial aksiyanın başladığı müddətdən bəri xidmət göstərilən ahılların ümumi sayı 79-a çatıb.
 
Qeyd edək ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və "Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə başlanan sözügedən aksiya ilə əlaqədar olaraq Abşeron rayon İcra Hakimiyyətinin və 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin Seyidzadənin birgə təşkilatçılığı ilə "Könüllü qərargahı” yaradılıb.
 
Qərargahın yaradılmasında əsas məqsəd Abşeron rayonu ərazisində yaşayan və yaşı 65-dən yuxarı olan tənha vətəndaşları sosial qayğı ilə əhatə etmək, onlara sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas təlabat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazimi köməklik göstərilməsidir. Sosial xidmətçi və Təhsil Nazirliyinin "Bir Tələbə-Könüllü” proqramının könüllüləri çağrı mərkəzinə edilən müraciətlər əsasında ünvanlara daha tez, rahat getmək və kömək göstərmələri, işlərini operativ icra etmək üçün ödənişsiz taksi xidməti ilə təmin olunur. Müraciət üçün: 142 Çağrı mərkəzi (İş saatı həftə içi hər gün 10:00 - 16:00) #böyüklərimiziqoruyaq #Covid19 #coronavirus #koronavirus #evdəqal #birkönüllü





 

OXŞAR XƏBƏRLƏR

Sumqayıt qatarını daşa basan azyaşlılar valideynləri ilə birgə polis şöbəsinə APARILDI

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapı...

Zelenski Qərbdən TƏLƏB ETDİ: “Ruslar irəliləyir, bizi silah-sursatla təmin edin!" 

“Ruslar cəbhədə bizə ciddi təzyiq göstərirlər və tədricən irəli gedirlər”.   Sfera.az “TASS” istinadən xəbər verir ki, bunu U...

Fatmayıda OĞURLUQ - 8 manatlıq qızıl və...

Fatmayı qəsəbəsində oğurluq olub.   Sfera.az DİN-ə istinadən xəbər verir ki, Fatmayı qəsəbəsində evlərin birindən 8000 manat pul və 8000 manat dəyəri...

AQEM-in Baş katibi: "COP29-da qəbul ediləcək qərarlar təşkilat daxilində inkişaf edəcək"

COP29-da qəbul ediləcək qərarlar təşkilat daxilində inkişaf edəcək.   Sfera.az xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri...

Bu MMC-yə aid yük maşını QƏZA TÖRƏTDİ - Bir nəfər öldü

Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var.   Sfera.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə C.Həsənov...

Azərbaycanda tanınmış prodüserin qızı VƏFAT ETDİ - FOTO

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib.   Sfera.az "Axşam.az"a istinadən xəbər verir ki, 31 yaşı olan Nərmin uzun mü...