Abşeron və Bərdədə yanğın olub

Abşeron və Bərdədə yanğın olub
Bərdə rayonunda ümumi sahəsi 455 kv.m olan birmərtəbəli tikilinin yaşayış üçün istifadə olunan hissəsində 30 kv.m sahəyə yığılmış ev əşyaları yanıb.

Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, tikili yanğından mühafizə olunub.

Abşeron rayonunda da ümumi sahəsi 400 kv.m olan ikimərtəbəli tikilinin dam örtüyü və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 200 kv.m sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​
 

OXŞAR XƏBƏRLƏR