ABŞ Yerevana sərt mesaj göndərdi, "qoşunları geri çək" dedi

ABŞ Yerevana sərt mesaj göndərdi,
 

Bu günlərdə ABŞ administrasiyası Ermənistan hakimiyyəti qarşısında hərbi kontingentin Suriyadn geri çəkilməsi haqda tələb qoyub. Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistanda nəşr edilən "168 jam” qəzeti öz mənbələrinə istinadən bildirir.

Qəzet xatırladır ki, bir neçə gün əvvəl mətbuatda müdafiə nazirinin, xarici işlər nazirinin və bir neçə səfirin iştirakı ilə bu məsələ ilə əlaqəli qapalı toplantı keçirildiyi haqda KİV-lərdə xəbər yayılıb.  Lakin XİN toplantı xəbərini təzib edib.

XİN təkzib etsə də mənbələr deyiblər ki, həmin mesaj Ermənistan hakimiyyətinə 2019-cu il avqustun 12-13-də, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Yerevana səfərindən dərhal sonra çatdırılıb. Deyilənlərə görə Patruşev Ermənistan hakimiyyətindən bunun əksini-Suriyadakı erməni hərbi kontingentinin sayının artırılmasını tələb etmişdi.

 

Məlumatda deyilir ki, ABŞ Ermənistanın Suriyaya hərbi kontingent göndərməsi ilə bağlı narazılığını bu ölkənin BMT-dəki səfiri Mqer Marqaryan vasitəsilə çatdırıb. Bildirilib ki, bu məsələ Ermənistan-ABŞ münasibətlərinə zərbə vurur. Həmin mənbənin bildirdiyinə görə əgər kontingent çıxarılmasa bunun ikitərəfli münasibətlərə təsiri olacaq, üstəlik ABŞ Ermənistana verdiyi minatəmizləyən avadanlığın Suriyada istifadə edilməsinə qadağa qoyacaq.

"Bu mesajı səfir müdafiə naziri David Tonoyana və xarici işlər naziri Zöhrab Mnatsakanyana çatdırıb. Mnatsakanyan ABŞ-a necə cavab veriləcəyi barədə narahatlıq ifadə edib, nazirlər vəziyyətdən çıxış yolu axtarıblar. Çünki hər iki variantda Ermənistan üçün problem yaranacağı qaçılmazdır. Həmin mənbələr təsdiq edir ki, sonda Tonoyan kontingentin çıxarılmasına qəti qarşı çıxıb”,-qəzet yazır.

Qeyd olunur ki, baş nazir Paşinyanın Rusiya və ABŞ-ın tələblərinə necə cavab verəcəyi məlum deyil. Ermənistan Rusiyanın tələbi ilə Suriyaya azsaylı hərbi kontingent göndərib və ABŞ dəfələrlə buna qarşı öz mövqeyini bildirib.


OXŞAR XƏBƏRLƏR

Paşinyan: "İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...