ABŞ və Türkiyə bir-birini seçim qarşısında qoydu

ABŞ və Türkiyə bir-birini seçim qarşısında qoydu
 

ABŞ vitse-prezidenti Mayk Pens bir daha Türkiyəni Rusiyanın "S-400” "Triumf” zenit-raket komplekslərini almaqdan daşınmağa çağırıb.

"Donald Tramp açıq-aydın bildirib ki, bizim NATO üzrə müttəfiqlərimizin qarşı tərəfdən silah almasına biganə qalmayacaq”, – deyə Pens "Twitter” səhifəsində yazıb.

Pens Ankaranın iki yoldan birini seçməli olduğunu söyləyib:

"Ya tarixin ən uğurlu hərbi alyansında vacib tərəfdaş qalmağı, ya da belə düşüncəsiz qərar qəbul etməklə bu tərəfdaşlığı risk altına almaq istədiyini özü üçün müəyyənləşdirməlidir”.

Ankara da öz növbəsində Vaşinqtonu seçim qarşısında qoyub. Pensin yazdıqlarını şərh edən Türkiyənin vitse-prezidenti Fuat Oktay ABŞ-ı müttəfiq olan Türkiyə, yoxsa Türkiyədə qadağan edilmiş PKK terrorçu qruplaşması ilə əlaqəli kürd özünümüdafiə qüvvələri ilə əməkdaşlıq edəcəyini qətiləşdirməyə çağırıb.

Xatırladaq ki, bundan əvvəl Türkiyə rəhbərliyi ordunun "S-400” ZRK ilə təchiz olunması planından vaz keçməyəcəyini və ilk partiyanın bu il ölkəyə gətiriləcəyini bəyan edib.(oxu.az)


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...