ABŞ Türkiyəyə qarşı sanksiyalardan vaz keçə bilər? – Ekspertdən açıqlama

ABŞ Türkiyəyə qarşı sanksiyalardan vaz keçə bilər? – Ekspertdən açıqlama
 

"Vaşinqtonla Ankara ABŞ-dan "Patriot” raketlərini almaqla bağlı danışıqlara başlaya bilərlər”.


Sfera.az-a açıqlamasında bu sözləri ABŞ-ın Rusiyadan S-400-ləri alan Türkiyəyə münasibətdə yürütdüyü siyasəti yumşaldacağını deyərkən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu söyləyib:

"Ağ Ev adminstrasiyası indiki vəziyyətdən çıxış yolları axtarır. Prezident Donald Tramp Konqresdən fərqli olaraq Türkiyəyə qarşı sanksiya tətbiq edilməsinin əleyhinədir. Amma bununla belə, Tramp Konqresin güclü təzyiqi altındadır. Ona görə də ortaq formula gələrək, Ankara S-400-ləri "qoşmasa” ABŞ Türkiyəyə qarşı sanksiyalardan vaz keçə də bilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da deyib ki, raketlərin Türkiyəyə gətirilib qoşulması müəyyən zaman aparacaq. Onun tam qoşulması gələn ilin aprelinə qədər zaman apara bilər. Bu isə o deməkdir ki, zaman var”.

Bu əsasda da politoloq düşünür ki, Ağ Evlə Ankara ortaq məxrəcə gələ bilərlər: "Belədə, hər iki tərəfdən edilən güzəştlər ondan xəbər verir ki, ortaq məxrəcə gələ bilərlər və ABŞ Türkiyəyə qarşı sanksiyalardan imtina edər. Belə vəziyyətin yaranacağını öncədən proqnozlaşdırmışdım ki, S-400-lər Türkiyəyə gətirildikdən sonra bir müddət keçəcək və Amerika bu reallığı qəbul etmək məcburiyyətində qalacaq. Çünki sanksiyaları tətbiq etməklə ABŞ birdəfəlik Türkiyəni itirəcək. Ankara bu raketləri alıbsa, sözsüz ki, əvvəl axır qoşacaq. Amma müəyyən ortaq formullar əsasında Ankara ilə Vaşinqton arasında danışıqlar gedə bilər. Ankara həmin raketləri indi qoşmasa da, bir neçə aydan sonra sözsüz ki, qoşacaq. Ona qədər isə ABŞ-ın mövqeyində müəyyən dəyişikliklər ola bilər. Yaxud da ABŞ-la Türkiyə "Patriot” raketlərini almaqla bağlı da danışıqlara başlaya bilərlər. Bu istiqamətdə Türkiyənin atacağı addımlar Ankara-Vaşinqton münasibətlərini yumşaldacaq”.

Qeyd edək ki, senator Lindsi Qrem ABŞ prezidenti Donald Trampın tapşırığı ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluya zəng edib. Bu zəng əsasında o bildirib ki, Ankara S-400-ləri "qoşmasa”, Türkiyəyə qarşı sanksiyalar olmayacaq.

Elçin


OXŞAR XƏBƏRLƏR

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...