ABŞ Suriyadan çıxır? - Tramp ölkə müxalifətinə verdiyi bütün yardımları dayandırdı

ABŞ Suriyadan çıxır? - Tramp ölkə müxalifətinə verdiyi bütün yardımları dayandırdı
ABŞ-ın CBS kanalının amerikalı rəsmilərə istinadən verdiyi xəbərə görə, ABŞ müxaliflərin əlində olan Suriyanın şimal-qərb ərazilərinə verdiyi bütün yardımları dayandıracaq.

Sfera.az xəbər verir ki, ABŞ dövlət orqanlarının arasında aparılan araşdırmalar nəticəsində bu qərara gəlinib. 

"ABŞ-ın daha əvvəl yerli əhalinin stabilliyini təmin etmək və gücləndirmək səyləri üçün xərclədiyi milyonlarla dollar kəsiləcək. Xəbərdə deyilir ki, bura radikalizmlə mübarizə, təhsilə dəstək, QHT və mətbuatın dəstəklənməsi ilə yanaşı ictimai layihələr daxildir.

Vaşinqtonun müxaliflərin olduğu ərazilərlə əlaqələrini tam kəsmə qərarı, ABŞ-ın Suriyadan çıxmasının ilk mərhələsi olaraq qiymətləndirilir. ABŞ Suriyanın şimal-qərbi üçün xərclənən maliyyənin uzunmüddətli perspektivdə effektiv olmayacağını düşünür.
 
Rəsul
Sfera.az


OXŞAR XƏBƏRLƏR