Dünya

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları yalnız bu halda ləğv edəcək

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları yalnız bu halda ləğv edəcək
Vaşinqton Şimali Koreya tam, yoxlanılmış və geri dönüşü olmayan şəkildə nüvə silahından təmizlənməyənədək sanksiyaları ləğv etməyəcək.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo yaponiyalı və cənubi koreyalı həmkarları ilə görüşündən sonra deyib.

Pompeo Şimali Koreya lideri Kim Çen İn prosesin tez bir şəkildə həyata keçirilməsinin vacibliyini başa düşdüyünü də deyib. Mayk Pompeo Vaşinqtonun Şimali Koreyanın nüvə potensialından tam imtina etməsi üçün 2,5 ilə lazım olduğunu demişdi.
 
Rəsul
Sfera.az

AdRiver

XƏBƏR LENTİ