ABŞ səfiri Cocuq Mərcanlıya getmədi

ABŞ səfiri Cocuq Mərcanlıya getmədi

"Bütün səfirlər buradadır, yalnız 5-6 səfir gələ bilməyib. Onların bəziləri üzrlü səbəbdən burada deyillər. ABŞ səfiri, bir də Qızıl Xaç Komitəsinin Bakıdakı nümayəndəliyinin rəhbəri gəlməyib. Təəssüf edirəm ki, onlar burada deyillər”.

Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri zamanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə dövlət komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov deyib.

"ABŞ səfiri ölkədədir, Qızıl Xaç Komitəsi isə belə izah edib ki, guya nizamnaməsinə görə onlar belə tədbirlərdə iştirak edə bilmirlər. Belə nizamnaməyə inanmıram. Halbuki onlar cəbhə bölgəsinə getmələri üçün dəfələrlə bizə müraciət edir. Biz bəzən icazə veririk, bəzən isə yox. Amma onlar həmişə cəbhə xəttində olmaq istəyirlər. Cənab prezidentin məqsədi bu idi ki, xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatlar - Avropa Şurası, Avropa İttifaqı və ATƏT nümayəndələri ermənilərin 4 ay işğalda olan bir yaşayış məntəqəsini nə hala saldıqlarını öz gözləri ilə görsünlər. Bunu ATƏT-in faktaraşdırıcı missiyası da təsdiqləyib. Amma bir var kağız üzərində olsun, bir də var gözləri ilə görsünlər”, - deyə o vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda müəllim qəfil VƏFAT ETDİ - FOTO

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib.   Məlu...

"Məlumat xarakterli videoçarxlar, xəbərlər hazırlanmalıdır" - Millət vəkili

“İnsanlar bank adı ilə gələn zənglərin hansı məqsədlə edildiyini bilmirlər”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclas...

Ceyhun Bayramov çexiyalı həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbay...

"İran bu tip davranışlardan çəkinməli, düz yola qayıtmalıdır" - Qüdrət Həsənquliyev

“Biz 1991-ci ilin sərhədlərində suverenliyimizi bərpa etdik. Buna görə hakim partiyaya təşəkkür edirəm”.   Sfera.az xəbər verir ki, bunu ...

İlham Əliyev ukraynalı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfl...

Ermənistanda minatəmizləmə işləri ilə əlaqədar Bağanis-Voskepar yolu BAĞLANDI

Ermənistan polisi minatəmizləmə işlərini aparmaq və vətəndaşların bu ərazilərə daxil olmasına mane olmaq üçün Bağanis (Bağanis Ayrım - red.) - Voskepar (Aşağı Ə...