ABŞ SDQ-yə yenə silah və texnika göndərdi
Dünya
15:38 / 08.05.2019
2425
ABŞ YPG-nin də içində yer aldığı "Suriya Demokratik Qüvvələri"nə (SDQ) ağır silahlar ilə yüklənmiş nəqliyyat vasitələri göndərib.
Bu barədə SDQ mənbələrindən məlumat alınıb. Məlumata görə, ABŞ 6 mayda axşam saatlarında SDQ-yə 70 tırla silah və texnika göndərib. Qeyd edək ki, Türkiyə YPG-ni PKK-nın Suriyadakı qolu sayır və YPG-yə silah verilməsinə qarşı çıxır.