ABŞ Rusiya və Çinə qarşı müharibəyə hazırlaşır? – Nüfuzlu nəşrdən şok iddia

ABŞ Rusiya və Çinə qarşı müharibəyə hazırlaşır? – Nüfuzlu nəşrdən şok iddia


"ABŞ maraqlarına qarşı gələn böyük dövlətlərlərlə müharibəyə hazırlaşır. Amma hələlik Rusiya və Çinlə mübarizə üçün zəifdir”.


Sfera.az-ın məlumatına görə, bu haqda nüfuzlu ”Foreign Policy” nəşri yazıb. Məqalədə deyilir ki, Moskva və Pekin amerikalıları Sakit okeanın qərb hissəsində və Şərqi Avropadakı müttəfiqlərini müdafiə imkanından məhrum edə biləcək raketdən güclü müdafiə sistemi yaradıb. Məsələn, ekspertlər düşünür ki, Vaşinqtonun raket əleyhinə sistemləri (RƏM) Avropada yerləşdirməsi ABŞ-ın Rusiya və Çin üzərində hərbi üstünlük əldə etmək arzusu ilə bağlıdır.

 

Nəşr daha sonra iddia edir ki, bu, Tayvan və Baltikyanı bölgədəki güc balansını dəyişdirib və indi orada artıq "danılmaz Amerika üstünlüyü" əvəzinə, rəqabət müşahidə olunur. Bildirilir ki, Vaşinqton Rusiya ilə Çinin əraziləri zəbt etmək məqsədi ilə bölgədəki üstünlüyündən istifadə etməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görməlidir.

 

Əks tədbirlər kimi üfüqi eskalasiya strategiyası və izafi xərcəsalma təklif olunur. Bu halda, təcavüzə cavab olaraq, amerikalılar ya embarqo tətbiq etməli, ya da rəqiblərinin öz ərazilərindən uzaqda yerləşdirdikləri hərbi qüvvələrinə, misalçün, Krımdakı, yaxud Suriyadakı Rusiya ordularına, ya da Cibudidəki Çin bazasına hücum etməli olacaqlar.


Sözügedən məqalədə həmçinin vurğulanır ki, nəzəri cəhətdənbu cür taktika rəqibi "hücumdan çəkinməyə və ilkin məqsədlərindən imtina etməyə” məcbur edə bilər, amma düşməni birdəfəlik susdurmaq üçün uyğun deyil. Səbəb isə odur ki, ABŞ ilə müqayisədə, Çin üçün Tayvan, Rusiya üçün isə Baltikyanı dövlətlər daha dəyərlidir. Bu baxımdan, daha aqressiv taktika ciddi əks tədbirə çevrilə bilər. Söhbət Uzaq Şərqə və ya Çinin qərb bölgələrinə hücumdan gedir. Amma bu öz növbəsində fəlakətli nəticələrə səbəb ola bilər.

 

Belə strategiyanın çatışmazlıqlarına baxmayaraq, ekspertlər ruhdan düşməməyi təklif edir. Onlar bölgələrdə müttəfiqlərlə işbirliyi şəraitində Pekin və Moskvanı əraziləri zəbt etmək imkanından məhrum edəcək müştərəkstrategiyalar işləyib hazırlamağın vacibliyi haqda danışırlar.

Bundan əlavə, təhlükəni əvvəlcədən aşkarlamaq, düşmən qüvvələırini uzaqdan izləyib dəf etmək imkanına malik yeni silahlar da fövqəldövlətlərin müharibəsində yardımçı ola bilər. "Foreign Policy” yazır ki, sonucda ABŞ-ın əsas məqsədi ən perspektivli variantların müəyyən edilməsi və resursların ayrılmasıdır.

 

Xatırladaq ki, bir qədər əvvəl Çin nəşri "Sohu” xəbər verib ki, ABŞ-ın Rusiyaya hücumunun qarşısını alan şimal ölkəsinin nüvə potensialıdır. Sözügedən nəşrin yazısında vurğulanıb ki, Vaşinqton hətta SSRİ dağıldıqdan sonra da Moskvadan ehtiyat edir. "Yaxın onillikdə ABŞ Rusiya tərəfə baxmağa belə cürət etməyəcək”,- materialda deyilir.

 

 

Sfera.az

Selcan


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...