ABŞ prezidentini GÜLLƏLƏYƏN ŞƏXS AZADLIQDA - FOTOLAR

ABŞ prezidentini GÜLLƏLƏYƏN ŞƏXS AZADLIQDA - FOTOLAR

ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanı atəş açaraq yaralayan Con Hinkley 35 il sonra azadlığa çıxır.

Publika.az xəbər verir ki, sui-qəsdçi 1981-ci ildə Vaşinqtonda "Hilton” otelinin qabağında prezidentə atəş açmışdı. Nəticədə Reyqan və üç mühafizəçisi ağır yaralanmışdı. 

Məhkəmə prezidentə atəş açan Con Hinkleyin ruhi xəstə olduğu haqda qərar vermişdi və o, xəstəxanaya yerləşdirilmişdi. 35 il sonra o, xəstəxanadan çıxıb.


OXŞAR XƏBƏRLƏR