Trampla Putin nədən danışıblar? - BƏZİ DETALLAR

Trampla Putin nədən danışıblar? - BƏZİ DETALLAR

ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putinin telefon danışığının bəzi detalları ortaya çıxıb.

Sfera.az musavat.com-a istinadən xəbər verir ki, tərəflər ABŞ-ın Rusiyaya qoyduğu sanksiyalardan danışmayıblar.

Verilən məlumata görə, hər iki ölkə lideri bu mövzudan yayınmağa çalışıb. Bildirilir ki, Tramp vəzifəyə gəldikdən sonra sanksiyaların aradan qaldırılmayacağına dair açıqlama verməsə də, İŞİD-ə qarşı Rusiya ilə əməkdaşlıq ediləcəyini elan etmişdi.
Qeyd edək ki, Trampın Rusiya ilə yaxından əməkdaşlıq etməsi ABŞ rəsmiləri tərəfindən sərt qarşılanmışdı.


OXŞAR XƏBƏRLƏR