Dünya

ABŞ PKK-ya hava müdafiə sistemləri göndərdi - Türkiyə təhlükədə

ABŞ PKK-ya hava müdafiə sistemləri göndərdi - Türkiyə təhlükədə
 Son 2,5 ayda İraqdan Suriyadakı PKK-ya 2500 yük avtomobili silah-sursat və hərbi texnika göndərilib
ABŞ prezidenti Donald Trampın Suriyadan çıxacağıq açıqlamasına baxmayaraq Birləşmiş Ştatlar bölgədəki hərbi mövcudluğunu daha da gücləndirib.

Bölgədə yeni müşahidə məntəqələri quran ABŞ Müdafiə Nazirliyi (Pentaqon) terror təşkilatı PKK/YPG-yə qabaqcıl hərbi texnika və silah sistemləri göndərib. 
Pentaqon İŞİD-ə qarşı əməliyyatlar başa çatdıqdan sonra İraq ordusunun xidmətindəki silah və texnikaları geri alıb. Və həmin texnika və silahların əksəriyyəti Suriyanın şimalındakı PKK/YPG-yə göndərilib. Bu göndərilmə Trampın 2018-ci il 19 dekabrda Suriyadan çıxırıq açıqlamasından 12 gün sonra başlayıb.

Pentaqon sözçüsü Sean Robertson da terror təşkilatına silah və texnikanın göndərilməsini təsdiqləmiş, lakin, detallarını deməmişdi. Robertson ötən ay verdiyi açıqlamada, "Fəratın şərqində nəzarəti tamamilə ələ keçirmək üçün Suriya Demokratik Qüvvələrinin (Qeyd: PKK/YPG-nin dəstəkçisi) kifayət qədər avadanlıq və silahlarla təmin edilməsi çox mühümdür".

Bölgədəki mənbələr də silahların daşınmasını təsdiqləyir. Son 2,5 ayda İraqdan Suriyadakı PKK-ya 2500 yük avtomobili silah-sursat və hərbi texnika göndərilib. Bu daşınmalar ancaq gecələr həyata keçirilib. Amma əvvəllər gündüzlər də bu həyata keçirilirmiş. Son günlərdə də bu daşınmalarda fəallıq baş verib.

Digər tərəfdən, ABŞ-ın bölgəyə inkişaf etmiş hava müdafiə sistemi daşıdığı iddia edilir. Bu, Suriyanın şimalında PKK-nı qorumaq üçün Türkiyəsiz təhlükəsiz bölgə planı əsasında baş verib.

Qeyd edilir ki, bu hava müdafiə sistemlərindən Türkiyənin pilotsuz uçuş aparatlarına mane olmaq üçün istifadə ediləcək. Belə ki, Türkiyə Fəratın şərqinə qarşı əməliyyat üçün terror fəaliyyətlərini izləməkdədir.sputnik

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031