ABŞ-ın nüfuzlu Daily Signal nəşri: 90-cı illərdən Azərbaycanın 20% torpağı Ermənistan tərəfindən işğal edilib

ABŞ-ın nüfuzlu Daily Signal nəşri: 90-cı illərdən Azərbaycanın 20% torpağı Ermənistan tərəfindən işğal edilib
 Beynəlxalq münasibətlər üzrə tanınmış araşdırmaçı Antoni Kim ABŞ-ın Daily Signal nəşrində Azərbaycan haqqında köşə yazısı yazıb.
 
Məqalədə Pandemiya və Post- Pandemiya dönəmi iqtisadiyyatlar təhlil edilib.
 
Azərbaycanın son 1 ildə həyata keçirdiyi iqtisadi yeniliklərə görə Heritage Fondunun Azərbaycanı dünyanın 6 ən islahatçı ölkəsindən biri kimi xarakterizə etdiyi qeyd edilib.

Məqalənin iqtisadi blokunda Azərbaycanın karbohidrogen ehtiyatları, Rusiya və İran arasındakı mövqeyi, Bakı portu, Trans Xəzər Boru Kəməri layihəsi və s məsələlərə toxunulub.
 
Müəllif Azərbaycanın ərazi bütövlüyü məsələsinə toxunaraq 90-cı illərdən Azərbaycanın 20% torpağının Ermənistan tərəfindən işğal edildiyini açıq şəkildə qeyd edib.
 
Antoni Kim eyni zamanda Azərbaycanda aparılan struktur reformları, yeni requlyatorların müəyyənləşməsi, korrupsiya ilə mübarizənin əhəmiyyətindən bəhs edib.
 
Məqalənin orijinalı ilə buradan tanış ola bilərsiniz:
 

OXŞAR XƏBƏRLƏR