ABŞ hərbçiləri raketləri havada lazerlə vurdular
11:18 / 06.05.2019
3506
ABŞ Hərbi Hava Qüvvələrinin hərbçiləri lazer qurğusu ilə bir neçə raketi havada məhv edə bilib. Bu barədə "The Drive" portalı yazıb.
Məlumatda bildirilir ki, qurğunun sınağı Nyu-Meksiko ştatının poliqonunda həyata keçirilib. Sözügedən lazer prototipi qırıcılarda yerləşdiriləcək.
Buna baxmayaraq quraşdırma testlərinin detalları hələlik məlum deyil.