\"ABŞ Gürcüstanı qəti olaraq dəstəkləyir\"

\
"ABŞ Gürcüstanı qəti olaraq dəstəkləyir və bu möhkəm dəstək davam etdiriləcək”.

Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilə Vaşinqtonda keçirdiyi görüşdən sonra bildirib.

Dövlət katibi G.Kvirikaşvilini Gürcüstanın ilk respublikasının yaranmasının 100 illiyi münasibətilə təbrik edib: "Bu il həmçinin Rusiyanın Gürcüstan ərazilərini işğal etməsindən 10 il ötür. ABŞ birmənalı olaraq Rusiya tərəfindən Gürcüstan ərazilərinin işğalını pisləyir. Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiya bölgəsi Gürcüstanın ayrılmaz hissəsidir”.

M. Pompeo Rusiyanı Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərinin tanınması ilə bağlı qərarını geri çağırmağa çağırıb./apa
 

OXŞAR XƏBƏRLƏR