ABŞ əsgərlərinə yeni hücum təşkil edildi: 5 ölü

ABŞ əsgərlərinə yeni hücum təşkil edildi: 5 ölü
 Suriyada Amerika hərbi konvoyuna terror hücumu olub.

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyanın şimalındakı Heseke şəhərində ABŞ hərbiçiləriylə kürdlərin YPG qüvvələrinin hərəkət etdiyi kalona edilən hücum zamanı 5 nəfərin öldüyü deyilir.

 

Onlardan biri amerikalı, dördü isə kürd qruplaşmasının üzvləridi. Xatırladaq ki, bir neçə gün öncə Suriyanın Münbiç şəhərində baş verən partlayışda 4 ABŞ hərbiçisi ölmüşdü. Terror aktını İŞİD üzərinə götürmüşdü.


OXŞAR XƏBƏRLƏR