ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ SİRRİ AÇDI - SSRİ gizlədirdi - FOTO

ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ SİRRİ AÇDI - SSRİ gizlədirdi - FOTO
ABŞ Çernobıl Atom Elektrik Stansiyasında qəza haqqında kəşfiyyatın hesabatını məxfilikdən çıxardıb.

Sfera.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Milli Təhlükəsizlik Arxivinin sənədinə istinadən "RİA-Novosti" agentliyi bildirib.

2 may 1986-cı il tarixi qoyulmuş məxfi məruzə ABŞ dövlət katibi Corc Şults üçün onun müavini Morton Abramovis tərəfindən yazılıb. Qeyd edilir ki, qəzadan sonrakı birinci günlərdə Amerika xüsusi xidmət orqanları SSRİ-nin açıqladığından daha çox insanın öldüyünü fərz edir. Arqument kimi "RBMK-1000" reaktorlarından hər birində çalışan işçilərin sayı haqqında məlumatlar gətirilir.

"Gecə növbəsində 25-35 insan durur. Bir halda ki, 3-cü və 4-cü enerji blokları bir-birinə yaxın yerləşib, reaktor ətrafında insanların sayı 70-ə qədər ola bilərdi", - sənəddə deyilir.

Kəşfiyyat dağıntıları göstərən şəkillərə əsaslanaraq fərz edib ki, partlayışın episentrində olanlar ya dərhal, ya radiasiyanın yüksək dozasından ilk saatlarda ölüblər.

Çernobıl Atom Elektrik Stansiyasında qəza 26 aprel 1986-cı il oldu. O bəşəriyyətin tarixində ən böyük texnoqen qəzalarından biri hesab edilir.

Qeyd edək ki, Çernobıl Atom Elektrik Stansiyasında qəza 1986-cı il aprelin 26-da baş verib. XX əsrin faciəsi adlandırılan bu hadisə ən böyük texnogen fəlakət olub. AES-in dördüncü enerji blokunda baş verən partlayış nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv maddə yayılıb. Partlayışın gücü vaxtilə Xirosimaya atılmış bombanın 500 misli qədərində olub. Fəlakətin ilk günlərində partlayış, yanğın və kəskin şüalanmadan 50 nəfər ölüb. Hadisə nəticəsində 7 minə yaxın insan həyatını dəyişib, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə sonsuz qalıb.

Ukrayna, Rusiya və Belarusun 145 min kvadrat kilometrdən çox ərazisi radioaktiv çirklənməyə məruz qalıb. Qəzadan sonra AES ətrafındakı 30 kilometrlik zonada yaşayan 115 mindən çox insan köçürülüb. Ümumilikdə, 586 min nəfər radioaktiv təsirə məruz qalıb. Onlardan 200 mini qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, 116 mini Çernobılda yaşayanlar, 270 mini isə Ukrayna və Belarusun radiasiyaya məruz qalmış rayonlarında yaşayanlardır.

AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatına 7 min nəfər azərbaycanlı da cəlb edilib. Onlardan da 2000 nəfəri şüalanmadan dünyasını dəyişib. Qalanları isə ömürlük əlil olub. Çernobıl AES 2000-ci il dekabrın 15-də tamamilə bağlanıb.

Qeyd edək ki, BMT aprelin 26-nı Beynəlxalq Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Xatirə Gününü elan edəndən sonra 2003-cü ilin dekabrında qurumun Baş Assambleyası həmin qərarı dəstəkləyib və təşkilata üzv ölkələri həmin günü qeyd etməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...

Mask: "Qərbdə gec-tez vətəndaş müharibəsi başlayacaq"

Qərbdə vətəndaş müharibəsi gec-tez başlayacaq, istəsək də, istəməsək də. Sfera.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində ya...

Castin Bieberin dostu güllələnib

Castin Biber və Kellinin yaxın dostu olan amerikalı reper Kris Kinq Tennessi ştatının Neşvill şəhərində öldürülüb. Reperin oğurluğa cəhd zamanı soyğunçular tərə...