Dünya

ABŞ Dövlət Departamentindən yoxa çıxmış jurnalistlə bağlı AÇIQLAMA

ABŞ Dövlət Departamentindən yoxa çıxmış jurnalistlə bağlı AÇIQLAMA
ABŞ Dövlət Departamentinin mətbuat üzrə nümayəndəsi Hizer Noyert mətbuat üçün keçirdiyi brifinqdə Səudiyyə Ərəbistanın İstanbuldakı Baş Konsulluğunda yoxa çıxan jurnalist Camal Kaşıkçı ilə bağlı açıqlama verib.

Sfera.az xəbər verir ki, Camal Kaşıkçı ilə bağlı verilən suallara ətraflı cavab verməyən Noyert ABŞ-ın bu məsələ ilə bağlı hər hansı şərh verməsi üçün maddi sübutlara ehtiyacı olduğunu deyib:

"Siz də bilirsiniz ki, nə zaman qəzetləri açsanız, bu məsələdə tonlarla rəvayət və spekulyasiya görə bilərsiniz. Məsələni yaxından izləyir və bir qərar verməyə çalışırıq. Əlimizdə hazırda maddi sübut belə yoxdur. Dövlət Departamentinin bölüşə biləcəyi bir sübut olmadığı müddətdə şərh verməkdən çəkinirik”.

Dövlət Departamentinin nümayəndəsi Türkiyə və Səudiyyə rəsmilərinin məsələ ilə bağlı ortaq araşdırma komandası yaratması barədə suala belə cavab verib:

"Geniş və şəffaf tədqiqatı məmnuniyyətlə qarşılayırıq. Bundan əlavə Səudiyyə Ərəbistanın Vaşinqton səfiri ilə əlaqə saxladıq. Zənn edirəm hazırda Səudiyyə Ərəbistanına gedir. ABŞ-a qayıtdıqda məsələ ilə bağlı istəyimizi bildirdik”.
 
Rəsul
Sfera.az



 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31