Texnologİya

ABŞ dünyanın ən güclü superkompüterini işə saldı: Saniyədə 200 kvadrilyon əməliyyat həyata keçirir

ABŞ dünyanın ən güclü superkompüterini işə saldı: Saniyədə 200 kvadrilyon əməliyyat həyata keçirir
İBM şirkəti ABŞ-ın Energetika Nazirliyinin Ouk-Ric milli laboratoriyasının sifarişi ilə superkompüter hazırlayıb.

Sfera.az xəbər verir ki, "Summit” adını almış kompüter hazırda dünyanın ən güclü kompüteridir. Kompüterin gücü 200 petaflopsddur. O, saniyədə 200 kvadrilyon əməliyyat həyata keçirə bilir. Onun ümumi ağırlığı isə 200 tona yaxındır.

Çinin "Sunway TaihuLight” şirkətinə məxsus əvvəlki ən güclü kompüter 93 petaflops gücünə malik idi.

Kompütür istehsalçılarının sözlərinə görə, "Summit”in bir saniyədə görə bildiyi işi görmək üçün 6,3 milyard insan bir il ərzində eyni zamanda saniyədə bir hesab aparmalıdır.

Yeni kompüterdən astrofizika, biologiya və xərçəngin tədqiqatında istifadə olunacaq.
 
Rəsul
Sfera.az

AdRiver
loading...

XƏBƏR LENTİ