ABŞ-dan Sarkisyana: "Təmkinli ol"

ABŞ-dan Sarkisyana:
ABŞ Ermənistanda siyasi dəyişikliklərin zor tətbiq olunmaqla reallaşdırılması cəhdini pisləyir və hakimiyyəti vəziyyəti nizama salmaq üçün təmkin nümayiş etdirməyə çağırır.

Sfera.az virtualaz.org-a istinadən bildirir ki, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner Yerevanda polis bölməsinin ələ keçirilməsi ilə bağlı vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, Vaşinqton hesab edir ki, siyasi məsələlərin həllində güc tətbiq olunması pis ideyadır, dəyişikliklər demokratik yolla həyata keçirilməlidir.

O, bu məsələdə rəsmi Yerevanı təmkinli olmağa çağırıb.

OXŞAR XƏBƏRLƏR