ABŞ-da qasırğa nəticəsində 3 nəfər ölüb
12:00 / 17.12.2019
1900
ABŞ-ın cənubundakı qasırğalar nəticəsində azı üç nəfər ölüb, daha bir neçə nəfər, o cümlədən yeddi yaşlı uşaq xəsarət alıb.
Sfera.az xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.
Təbii fəlakətin Texas, Luiziana, Arkanzas və Missisipi ştatlarında dekabrın 16-dan bəri tüğyan etdiyi məlumdur.
İlkin məlumatlara görə, Luiziana və Missisipi ştatlarında, təxminən, yeddi tornado qeydə alınıb. İnsanlar evlərin dağılması nəticəsində ölüb.