ABŞ-da qadın general istefa verir, çünki... – Medianın iddiaları

ABŞ-da qadın general istefa verir, çünki... – Medianın iddiaları
ABŞ Hərbi Hava Qüvvələrinin komandanı Hizer Uilson istefa verəcəyini elan edib.

Uilson Prezident Donald Trampa məktubunda istefasının səbəblərini açıqlayıb.

Komandan qeyd edib ki, Texas Universitetində rektor seçkilərinin finalına çıxıb. Növbəti mərhələdə lazımi səs aldığı təqdirdə mayın 1-də Hərbi Hava Qüvvələrində tutduğu vəzifədən istefa verəcək.

Maraqlıdır ki, müdafiə naziri Cim Mettisin istefasından sonra Uilsonun adı Pentaqon rəhbərliyinə gətiriləcək namizədlər arasında çəkilirdi.

Media iddia edir ki, Uilson yeni müdafiə naziri ilə anlaşa bilmədiyi üçün Texas Universitetindən gələn təklifi qəbul edib.teleqraf

OXŞAR XƏBƏRLƏR