ABŞ-da petisiya başladıldı: "KÖLƏLİK QAYTARILSIN"

ABŞ-da petisiya başladıldı:
ABŞ-ın Missuri əyalətinin Park Hill South Liseyinin şagirdləri köləliyin qaytarılması üçün bir petisiya hazırlayıblar. 

Sfera.az xəbər verir ki, bu haqda The Kansas City Star yazıb.

Bəzi valideynlər artıq petisiya müəlliflərinin araşdırılması və cəzalandırılması üçün polisə müraciət ediblər. Məktəbin yerləşdiyi bölgənin rəhbərliyi hadisənin təfərrüatlarını açıqlamayıb.

"Sizi əmin edə bilərəm ki, bu işə cavab verdik və ayrı-seçkiliyə dözməyəcəyik", - mahal sözçüsü Nikol Kirbi deyib.

Məktəb direktoru Kerri Herren irqçi çıxışların qəbuledilməz olduğunu vurğulayıb. Ancaq hadisənin işçilərə və tələbələrə ciddi təsir etmədiyini söyləyib.

Xatıaladaq ki, ABŞ-da köləliyin ləğvi 1862-ci ildə Prezident Avram Linkoln tərəfindən imzalanıb. Bu, 1865-ci ildə ölkə konstitusiyasında elan edilib.


OXŞAR XƏBƏRLƏR