ABŞ-da İran jurnalisti həbs olundu
08:35 / 16.01.2019
2123
İranın PressTV telekanalının qadın jurnalisti Mərziyə Haşimi Vaşinqtonda saxlanılıb.
Bu barədə çərşənbə günü telekanalın "Twitter" mikrobloquna yerləşdirilən məlumatda deyilir.
"Bizə PressTV-nin jurnalisti və "xəbərlər"in aparıcısı Mərziyə Haşiminin Vaşinqtonda tutularaq həbs edildiyi xəbər verilib. Onun həbsinin səbəbləri aydın deyil", - deyə məlumatda qeyd edilir.
Bildirilir ki, hazırda jurnalistə qarşı heç bir rəsmi ittiham irəli sürülməyib.