ABŞ-da Gülən məktəbləri bağlandı
12:13 / 19.10.2016
1301
ABŞ-da FETÖ ilə əlaqəli olduğu iddia edilən məktəblər bağlanıb.
Sfera.az "Qafqazinfo”a istinadən xəbər verir ki, Los-Anceles şəhərində fəaliyyət göstərən 3 Maqnoliya məktəbi şəhər Təhsil Heyətinin qərarına əsasən, bağlanıb. Belə ki, Los-Anceles Təhsil Heyəti məktəblərin müqaviləsinin dayandırılmasına qərar verib. Hər 3 məktəbin müqaviləsini yeniləmək üçün 2017-ci il iyulun 1-inə qədər vaxt verilib.
Bildirilir ki, bu müddət ərzində məktəblər maliyyə hesabatına dair meyarları yerinə yetirməsələr fəaliyyətləri bir dəfəlik dayandırılacaq.
Aysel Kərimova