ABŞ-da 11 yaşlı azərbaycanlı şahmatçı beynəlxalq reytinqli turnirin qalibi oldu

ABŞ-da 11 yaşlı azərbaycanlı şahmatçı beynəlxalq reytinqli turnirin qalibi oldu
ABŞ-da yaşayan azərbaycanlı məktəbli Əlixan Kərim beynəlxalq reytinqli şahmat yarışının qalibi olub.

Sfera.az xəbər verir ki, 11 yaşlı şahmatçı yaşadığı Virciniya ştatında Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkil otdiyi turnirlərə qatılıb. İlk dəfə iştirak etdiyi yarışda o, yaşıdları arasında xüsusi bacarığı ilə seçilərək birinci yeri tutub. Gənc istedad bu növ üzrə ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində bu il 52-ci dəfə keçirilən, 15 ölkədən 100-dək şahmatçı qatıldığı beynəlxalq şahmat turnirində də hamını üstələyib.

Ə.Kərimin atası Elman Kərimov "Report”a açıqlamasında gənc şahmatçının bu idman növünə olan böyük sevgisindən və qısa müddətdə qazandığı uğurlarından danışıb: "Əlixan 2011-ci ildə Bakıda dünyaya gəlib. 2016-cı ildən ABŞ-da yaşayırıq. O, hazırda Virciniya ştatında xüsusi istedada malik uşaqların təhsil aldığı Mozaika İbtidai Məktəbində ("Mosaic Elementary School") oxuyur. Şahmata babasının təkidi ilə həvəskar kimi başlamıştı. Lakin bir müddət keçəndən sonra onun şahmata bağlılığı daha da artmağa başladı. Əlixan 4 aydır peşəkar səviyyədə bu idman növü ilə məşğul olur. Qısa zaman ərzində o, iki beynəlxaq yarışda birincilik əldə edib".

E.Kərimovun sözlərinə görə, son turnirdə bir çox ölkədən şahmatçı olsa da, oğlu bütün rəqiblərindən fərqlənməyi bacarıb. Bu isə ABŞ-da yaşayan həmvənlərimiz tərəfindən böyük rəğbətlə qarşılanıb: "Əlixan Vətənimiz Azərbaycandan uzaqda böyüsə də, yarışlarda ölkəmizi təmsil edir. İndi oğlumu daha böyük yarışlar gözləyir. Onun uğurları bizi çox sevindirir və əminliklə deyə bilərəm ki, Əlixanın səsini şahmat üzrə beynəlxalq turnirlərdə hələ çox eşidəcəyik”.
 

 
(Report)

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...