ABŞ Azərbaycana ayırdığı maliyyə yardımını niyə artırdı? – POLİTOLOQ SƏBƏBLƏR HAQDA...

ABŞ Azərbaycana ayırdığı maliyyə yardımını niyə artırdı? – POLİTOLOQ SƏBƏBLƏR HAQDA...
 

"ABŞ-ın prezidenti Donald Trampın Azərbaycana 101 milyon dollardan artıq maliyyə yardımı ayırması ölkəmizin geostrateji və geosiyasi mövqeyindən irəli gəlir”.


Sfera.az-a açıqlamasında bu sözləri ABŞ adminstrasiyasının son iki ildə Azərbaycana ayırdığı maliyyə yardımını kəskin artırması və bu müstəvidə işğalçı Ermənistanı kölgədə qoymağımıza münasibət bildirərkən politoloq Məhəmməd Əsədullazadə deyib:


"Azərbaycan regionda Qərbin bütün təhlükəsizlik və enerji maraqlarını yerinə yetirir. Ermənistan və Gürcüstanın isə Qərbə verəcəyi hər hansı bir ciddi dividentlər yoxdur. Ona görə ki, Ermənistan Rusiyanın forpostudur, Gürcüstan isə şimal ölkəsinə münasibətdə müəyyən qədər loyal münasibət saxlayır. Azərbaycan isə Avropanın enerji diversifikasiyasında mühüm rol oynaması, nəqliyyat qovşağında yerləşməsi, Mərkəzi Asiyaya çıxışı, həmçinin Rusiya ilə İran arasında sərhəddə olması Ağ Evi ölkəmizə münasibətdə belə bir addım atmağa gətirib çıxarıb. 101 milyon dollar vəsait əsasən cənub sərhədlərimizin, Xəzər dənizind təhlükəsizliyin təmin olunmasına, həmçinin insan hüquqlarının qorunmasına sərf olunacaq”.

 

Buna əsasən də politoloq düşünür ki, ölkəmizə dünyanın super dövlətinin ayırdığı maliyyə yardımının kəskin artmasında İran amili də mühüm rol oynaya bilər: "Buradan göründüyü kimi ayrılan vəsaitin əsas hissəsi İranla sərhəd məsələsinin təhlükəsizliyinin təmin edilməsinə sərf edilməlidir. ABŞ belə görünür İranın region siyasətinin qarşısını almaq istəyir. Çalışır ki, Tehranın Cənubi Qafqaza olan müəyyən təsir və təzyiqlərinin qarşısı alınsın. Bu fonda Azərbaycana edilən böyük məbləğdə maliyyə yardımı onu göstərir ki, Vaşinqton bundan sonda Bakıya mühüm siyasi və iqtisadi dəstək verəcək və həmin istiqamətdə habelə Mərkəzi Asiya ilə bağlı planlarınıda həyata keçirəcək. 101 milyon dollarlıq məbləğ az deyil. Bu Cənubi Qafqazda Azərbaycanın Vaşinqton üçün necə önəmli ölkə olduğunun göstəricisidir”.


Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 2018-2019-cu maliyyə ili üçün Azərbaycana müvafiq olaraq keçən ilə 58,6, bu il üçün isə 42,9 milyon dollar olmaqla birlikdə 101 milyon 515 min dollar həcmində maliyyə yardımı ayırıb. Hansı ki, əvvəlki dövrdə, 2016-2017-ci illərdə sözügedən yardımın həcmi heç 3 milyon dolları belə ötməyib.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...