Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər

Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər
Bu il ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının iki dəfə keçirilməsi nəzərdə tutulur. 
 

Sfera.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin (DİM) sektor müdiri Xanlar Xanlarzadə deyib.

Onun sözlərinə görə, qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə cari ilin və ya əvvəlki ilin məzunu olmasından asılı olmayaraq hər iki imtahanda iştirak etmək imkanı verilir: "Yəni abituriyentlərin iki şansı olacaq. Lakin abituriyentlər hər iki imtahanda iştirak edərlərsə, eyni ixtisas qrupunu seçməlidirlər. Bir imtahanda birinci, digər imtahanda ikinci ixtisas qrupunu seçə bilməzlər. Müsabiqə isə abituriyentin qəbul imtahanında topladığı ümumi bal əsasında aparılacaq. Əgər abituriyent hər iki imtahanda iştirak edibsə və bir imtahandan 400, o biri imtahandan 410 bal toplayıbsa, müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edəcək".

 

Qeyd edək ki, DİM-in təklifinə əsasən Nazirlər Kabineti tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, ali təhsil pilləsinin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydalarını təsdiq edib. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir. Belə ki, cari tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə bilərlər. Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri müəyyən edəcəklər. Digər qəbul qaydalarında ciddi dəyişiklik edilməyib.

Təsdiq olunan qəbul qaydaları tqdk.gov.az saytında yerləşdiriləcək və "Abituriyent" jurnalının müvafiq buraxılışlarında çap ediləcək.


OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...