Cəmİyyət

Abdin Fərzəliyevin Nərimanovda paltar qadağası kütləvi etiraza səbəb oldu: “O kimdir ki ...?”

Abdin Fərzəliyevin Nərimanovda paltar qadağası kütləvi etiraza səbəb oldu: “O kimdir ki ...?”
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinlərindən balkonlardan paltarların qurudulması üçün çəkdikləri zivələri yığışdırmağı tələb etməsi ictimaiyyət arasında birmənalı qarşılanmayıb.

Əksəriyyət bu qərarı icra başçısının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, qanunları pozması kimi qiymətləndirib.

Məsələ sosial şəbəkələrdə ciddi etiraza səbəb olub. Sosial şəbəkə istifadəçiləri Abidin Fərzəliyevin bu addımını pisləyiblər.


Şərhlərdən də göründüyü kimi sözügedən qərar sosial şəbəkələrdə narazılığa səbəb olub.

Azxeber.com məsələ ilə bağlı Milli Məclisin deputatı Kamilə Əliyeva və Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunu danışdırıb.

Portalımıza açıqlamasında millət vəkili, professor Kamilə Əliyeva bildirib ki, üzü yola baxan balkonlardan paltar asılması düzgün deyil: "Məndə qadınam, anayam və məndə paltar asıram. Özüm də Nərimanov rayonu ərazisində yaşayıram. Belə bir qərarın qəbulundan xəbərsizəm. Subyektiv yanaşmam ondan ibarətdir ki, üzü mərkəzi yola tərəf baxan balkonlardan şəhərin görünüşünü qorumaq üçün paltar asmaq düzgün deyil. Bundansa yaxşı olardı ki, üzü həyətə tərəf olan balkonlardan paltarlar asılsın. Buna heç kim qadağa qoya bilməz. Necə yəni, küçəyə tərəf balkondan paltar asmaq olmaz?!”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu hesab edir ki, məsələ hüquqi yox, mənəvi baxımdan həllini tapmalıdır: "Düzdür, mən də elə düşünürəm ki, qadının öz paltarını balkondan asması düzgün deyil, naməhrəmdir. Amma buna görə, kiməsə qadağa qoymaz gülüncdür. Bu qərarın qəbulu ilə bağlı yazını mətbuatdan oxudum. İcra Hakimiyyətinin nümayəndələri vətəndaşlarla müzakirələr, profilaktik söhbətlər aparıb buna nail ola bilərdilər. İzah olunardı ki, bu şəhərin görünüşünə mənfi təsir edir. Daha bunu qərarla yasaqlamaq qanunsuzdur. Digər yandan sakinlərə paltar asmaq üçün yerlər təklif olunmalıdır. Əgər belə bir yerlər təklif olunmayıbsa, Abdin Fərzəliyev hansı haqla belə bir qərar verir, o kimdir ki?”
 
 


XƏBƏR LENTİ