Abbas Bağırovun adı keçən məhkəmədə ara qarışdı

Abbas Bağırovun adı keçən məhkəmədə ara qarışdı

 

 

Əməkdar artist Abbas Bağırovun köməkçisi, dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin məhkəməsi keçirilib. Bugünkü prosesdə şahidlər dindirilib. Azər İsgəndərov deyib ki, O.Mehrəliyev Xətai Yusubovdan 11 min manat alarkən orada olub.


 

Vəfa Nadirova ifadəsində bildirib ki, bacısı ondan 1500 manat alaraq Orxanı müdafiə eləməsi üçün vəkilə verəcəyini deyib.

 

Hakim şahiddən ifadə vermədən əvvəl kiminsə ona təzyiq edib-etmədiyini soruşub. V.Nadirova X.Yusibovun onun xeyrinə ifadə verməsini istədiyini deyib. Bu zaman məhkəmədə mübahisə düşüb.

 

 

Xətai Yusubov iddia edib ki, Vəfa Nadirova onun xeyrinə ifadə vermək üçün 1000 manat istəyib: "Yazdığı mesaj da qalır, baxa bilərsiz”.

 

Davam edən mübahisədə X.Yusubov təqsirləndirilən O.Mehrəliyevi yalan danışmaqda ittiham edib.

 

 

Orxanın cavabı isə belə olub: "Bu, Xətaini ayağa qaldırın, yerisin, biz də arxadan baxaq ki, bu kimdir”.


 

Digər şahid İbrahim Əliyev deyib ki, Abbas Bağırova məxsus qaraj indi onun adınadır: "Bu mübahisələrdən sonra məni polisə çağırdılar. Dedilər ki, qarajı sənin adına keçirirlər. Mən də etiraz eləmədim”.


 

İttihama görə, O.Mirəliyev həmçinin, müğənni Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 kv/metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib. Həmin torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək, ondan 10 min manat pul alıb.


 

2017-ci ildə Maman Nadirovdan 3500 manat alaraq, onun cinayət işinə xitam verdirdirəcəyini vəd edib.


 

Qeyd edək ki, O.Mirəliyev müğənni İradə Mehrinin qardaşıdır.

 
Qafqazinfo.az

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...