ABA prezidenti: \"Qara bazar\" passivləşib\"

ABA prezidenti: \

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev son zamanlar "qara bazar"ın aktivləşməsi ilə bağlı səslənən fikirlərlə razılaşmır. "APA-Economics"ə açıqlamasında Z. Nuriyev qeyd edib ki, "əksinə, son günlər "qara bazar" bir qədər passivləşib".

 

"Bir müddət əvvəl "qara bazar" aktivləşmişdi. Lakin son günlər bizim apardığımız müşahidə onu göstərir ki, "qara bazar"ın aktivliyi nisbətən azalıb", - deyə o bildirib.

 

ABA prezidentinin sözlərinə görə, dövriyyədə olan manat kütləsinin azalması valyuta bazarına da təsir edib.

 

Z. Nuriyev banklar tərəfindən dollar satışının məhdudlaşdırılmasına və dayandırılmasına da münasibət bildirib: "Rəsmi statistikaya nəzər salsaq görərik ki, ölkəyə idxal olunan malların həcmi azalmayıb. Birmənalı şəkildə qeyd etmək istəyirəm ki, banklar tərəfindən valyuta hərraclarında alınan dollar kütləsinin böyük əksəriyyəti idxalla məşğul olan sahibkarlara satılır, o cümlədən xarici öhdəliklərin yerinə yetirilməsinə yönəlir. Hətta banklar sahibkarların dollara olan tələbatını da tam ödəyə bilmir. Banklar valyuta istehsalçısı deyillər. Bu səbəbdən, banklar valyuta alqı-satqısı prosesində yalnız vasitəçilik edir. Əgər banklar bu gün tam şəkildə öz funksiyalarını yerinə yetirirsə, lakin valyuta bazarda bir əmtəə olaraq yetərincə həcmdə deyilsə, banklar buna qarşı hər hansı tədbir görmək imkanında deyillər. Bir daha təkrar edirəm ki, banklar vasitəçilik funksiyasını yerinə yetirir. Məsələni bu cür qoymaq lazımdır - valyuta varmı, bank onu satsın və gəlir əldə etsin?"

 

Dollar kütləsinin "qara bazar"a hansı kanallarla çıxması ilə bağlı suala Assosiasiya rəhbəri bu cür cavab verib: "Məncə bu suala nəzarət orqanları cavab verməlidir. Tənzimləyicilər tərəfindən banklara nəzarət gücləndirilib, müvafiq monitorinq tədbirləri həyata keçirilir. Banklar tərəfindən "qara bazar"a dollar kütləsinin çıxmaması ilə bağlı müəyyən tədbirlər görülür".


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...