Ağalarov məşhur jurnalı aldı - FOTOLAR

Ağalarov məşhur jurnalı aldı - FOTOLAR

Azərbaycan əsilli rusiyalı müğənni və biznesmen Emin Ağalarov Rusiyada nəşr olunan, şou-biznes əhlinin fəaliyyətindən yazan "OK!” jurnalını satın salıb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu haqda jurnalın marketinq direktoru Dmitri Ozman bildirib.

"OK!” jurnalının yeni sahibi biznesmen Emin Ağalarov oldu. Sövdələşmə ötən cümə günü baş tutub və ay ərzində yekunlaşdırılacaq. Populyar rəngli nəşr, habelə eyni adlı sayt "Jara” mediaholdinqinin tərkibinə keçir”,-Ozman açıqlayıb.

Jurnalın keçmiş sahibi, biznesmen Maqomed Musayev ("Forbes” jurnalının rus versiyası da ona məxsusdur) hələ 2018-ci ildə sövdələşməni rəsmiləşdirərəkən bildirmişdi ki, "OK!-u satacaq. Onun sözlərinə görə, məqsədi təkcə "Forbes”i almaqdır.

Emin Ağalarov da "OK!” jurnalını alması ilə bağlı açıqlama yayıb. Bildirib ki, b jurnalı güclü mediaaktiv hesab edir, xüsusən də rəqəmsal sferada. "Biz yaxın perspektivdə məhz bu istiqaməti inkişaf etdirmək istəyirik”,-biznesmen bildirib.

RBC məlumat verir ki, "OK!” brendinin sahibi "Reach” mediaqrupudur. Bu şirkət "Mirror” və "Daily Star” tabloidlərini də nəşr edir. Jurnal 2006-cı ildən həftədə bir dəfə nəşr olunur, məşhurların həyatından əhvalatları dərc edir. 2015-ci ildə xarici şirkətlərin Rusiyada şirkətlərində 20 faizdən çox paya sahib olmasını məhdudlaşdıran qanunun qəbulundan sonra "OK!” jurnalının lisenziyasını Aleksandr Fedotov alıb.

2013-cü ildən başlayaraq jurnalın gəlirləri getdikcə azalıb. 2017-ci ildə jurnalın auditoriyasına dair sonuncu məlumat açıqlanmışdı və bildirilirdi ki, həmin vaxt bir nömrənin tirajı 433.2 mindir. Müqayisə üçün qeyd olunur ki, teleaparıcı Andrey Malaxovun "7 gün” telebələdçisinin tirajı 2.6 milyon, "StarHit” jurnalının tirajı 565 mindir. Bu baxımdan Emin Ağalarovun tirajı getdikcə düşən rəngli jurnalı almasının səbəbi məlum deyil.

 



OXŞAR XƏBƏRLƏR

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-dən bildirilib.   S...

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin f...

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyidən məlumat verilib....

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etib...

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq ƏLDƏ ETDİLƏR

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi ha...