Ağalarov məhkəməyə çağırıldı, keçmiş nazir barədə ifadə verdi

Ağalarov məhkəməyə çağırıldı, keçmiş nazir barədə ifadə verdi
 

Rusiyanın Kalininqrad vilayətində futbol üzrə 2018-ci il Dünya Çempionatı oyunları üçün inşa edilmiş "Kalininqrad Arena” stadionunun tikintisi zamanı korrupsiyaya, mənimsəməyə yol verdiyi üçün həbs edilən keçmiş nazirin məhkəmə prosesi gedir. Virtualaz.org xəbər verir ki, vilayətin keçmiş tikinti naziri Amir Kuşxovun işi üzrə məhkəmə prosesində şahid qismində azərbaycanlı milyarder-oliqarx, stadionun tikintisini podratçı qismində həyata keçirmiş "Crocus” şirkətinin rəhbəri Araz Ağalarov da ifadə verib.

Keçmiş nazir Kuşxov ona görə həbs edilib ki, stadion üçün zəminin hazırlanması zamanı yetərli qədər qum tökülməyib və nəticədə bataqlıq ərazidə tikilən stadionda subasma baş verib.

Lakin Ağalarov ifadəsində deyib ki, subasmaya görə keçmiş nazir günahkar deyil, problem layihədən qaynaqlanıb.

Keçmiş nazirin işini aparan "Bişeneov və partnyorları” adlı vəkil bürosundan bildiriblər ki, iyulun 31-də verdiyi ifadədə Araz Ağalarov belə deyib: "Mən Kuşxovu yetərli qədər qumun tökülməməsində günahlandırmıram, məsələ bunda deyil. Layihə özü düzgün hazırlanmamışdı. Qumun miqdarına dair məndə xüsusi irad yox idi, subasmanın səbəbi layihəçinin səhvi idi”.

Bu gün avqustun 6-da Amir Kuşxovun barəsində çıxarılmış həbs qətimkan tədbirinin uzadılması üçün apelyasiyaya baxılıb. Və həbs müddəti daha iki ay uzadılıb. Keçmiş nazirin vəkilləri isə iş materiallarında irəli sürülən ittihamları sübut edə biləcək tutarlı dəlillərin olmadığını deyirlər.

Kuşxov 2017-ci ili iyulunda həbs edilib. İstintaqın versiyasına görə keçmiş nazir və tikintiyə nəzarət üzrə mühəndis Sergey Tribunski dağıstanlı milyarderlər Maqomedov qardaşlarını "Summa” şirkətlər qrupu ilə əlbir olub və yerinə yetirilmiş işlərə dair qurama aktları imzalayaraq 752 milyon rublu mənimsəyiblər. Onlar bütün ittihamları rədd edirlər.


OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...