Ağalarov: Bütün İttifaq onu sevirdi, çünki…

Ağalarov: Bütün İttifaq onu sevirdi, çünki…

Rusiyanın paytaxtı Moskvada məşhur Sovet və Azərbaycan müğənnisi Müslüm Maqomayevin yaşadığı Yeliseyevski küçəsindəki binaya onun barelyefi quraşdırılacaq.

Bu barədə "Krokus Qrup" şirkətlər qrupunun prezidenti Araz Ağalarov deyib.

Onun sözlərinə görə, sənətkarımızın Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısındakı yaşadığı binada barelyefinin quraşdırılmasına icazəni şəxsən Moskva meri Sergey Sobyanin verib.

"Biz Müslümlə yalnız tanış yox, həm də yaxın dost idik. Buna görə də onunla bağlı olan hər şey mənim üçün çox qiymətlidir. Bütün İttifaq, həmçinin SSRİ-nin siyasi rəhbərliyi onu sevir və qiymətləndirirdi. Çünki o, bütün dünyada təkcə Azərbaycanı deyil, Sovet İttifaqını təmsil edirdi", - deyə biznesmen bildirib.

O, böyük tenorun barelyefinin təntənəli açılışının Moskvada sentyabrın 15-də keçiriləcəyini də əlavə edib. (report)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...

Elmira Süleymanova VƏFAT ETDİ

Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.   Sfera.az xəbər verir ki, o, 87 yaşında dünyasını də...