Ağacda qalıb çürüyür: Azərbaycanda bu meyvənin qiyməti niyə kəskin ucuzlaşdı?

Ağacda qalıb çürüyür: Azərbaycanda bu meyvənin qiyməti niyə kəskin ucuzlaşdı?

Azərbaycanda tonlarla feyxoa ağaclarda qalıb və ya yerə tökülərək çürüməyə üz tutub. Bu barədə sosial şəbəklərdə paylaşım edilib. Məlumata görə, ötən ilin bu vaxtı 3 manata satılan feyxoa, indi fermerlərdən 30-40 qəpiyə, hətta 10 qəpiyə alınır. Bu qiymətə məhsulunu satmaq istəməyən təsərrüfat sahibləri isə meyvəni yığmayıb.

Bəs feyxoanın qiymətinin bu qədər kəskin enməsinə səbəb nədir? 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli "Yeni Sabah”a bildirib ki, bunun səbəbi sezonunun sonu olması ilə bağlıdır.

"Bu gün ölkədə min hektardan çox feyxoa bağları var. Bunun isə 949 hektarı Lənkəran-Astara bölgəsinə aiddir. Demək olar ki, hamısı orda bitir. İndi sezonun sonuna doğru olduğuna görə, bağlarda məhsul qurtarır. İlkin başlanğıcda satış  3 manatdan idi. İndi isə bağlarda satış 30-40 qəpikdi. Lənkəranda iki emal müəssisəsi var. Onlardan biri məhsulu qəbul edir. Yəqin ki, tədarükçü 50 qəpikdən satmaq istəyib, amma firma öz zərərini, xeyrinin hesablayaraq, daha az qimətdən tələb edib. Bağçılıqda belədir ki, ilk yığım ən keyfiyyətli olur. Son yığıma isə xırda olan, görünüşü pis olanlar, yəni, daha çox emalyönümlülər qalır. Ona görə emal üçün 15 qəpikdən istəyirlər və onlar hesab edirər ki, bu normal qiymətdir. Tədarükçü isə bu qiymətdən narazıdır. Amma bu o demək deyilki, hamısı bu qiymətə satılır".


OXŞAR XƏBƏRLƏR