A seriyasının prezidenti istefa verib

A seriyasının prezidenti istefa verib
 

İtaliya çempionatının A seriyasının prezidenti Qaetano Miççiçe istefa verib.

Apasport.az saytının məlumatına görə, buna "Cenoa” klubunun sahibi Enriko Pretsiozinin ittihamları səbəb olub.

O bildirib ki, Q.Miççiçe 2018-ci ilin martında bu posta əsasnaməni pozaraq yiyələnib. A seriyasının rəhbəri vəzifəsindən ayrılan funksioner inamsızlığa görə belə addım atdığını bəyan edib: "Postumu tərk edirəm. Mənə inam olmayan vəziyyətdə işləyə bilmərəm. Bu vəzifədə olduğum müddətdə İtaliya futbolunun həm idman, həm iqtisadi baxımdan daha yaxşı duruma yüksəlməsinə çalışmışam”.


OXŞAR XƏBƏRLƏR