ABŞ kəşfiyyatı: "Azərbaycan Qarabağı addım-addım geri qaytarır"

ABŞ kəşfiyyatı:  "Azərbaycan Qarabağı addım-addım geri qaytarır"

ABŞ kəşfiyyatının "kölgəsi" hesab olunan "Stratfor" mərkəzi Azərbaycan Ordusunun Odundağ 

strateji yüksəkliyini ələ keçirməsi haqda yazıb.

Sfera.az  publika.az-a istinadən bildirir ki, mərkəz mümkün Dağlıq Qarabağ müharibəsində bunu

 Azərbaycanın üstünlüyü olaraq qeyd edir. "Dağlıq Qarabağ regionunda son günlər Azərbaycan və 

Ermənistan arasında toqquşmalar güclənib. Eyni zamanda, gərginlik iki ölkənin sərhədyanı ərazilərində

 də müşahidə olunur. 2015-ci ilin sonunda Azərbaycanın Qazax rayonu və Ermənistanın Tavuş vilayəti 

sərhədindəki hərbi toqquşmalar Dağlıq Qarabağ cəbhəsindəki toqquşmaların sayı qədər olub. Sərhədlərin 

kobud relyefi və ərazidəki minalar ətraf rayonlarda təhlükəni artırır. Sərhəd ərazilərində bəzən toqquşmalar 

daha çox olur. Lakin bura Dağlıq Qarabağ münaqişəsinin birbaşa komponenti olmadığı üçün bu ərazilərdə

 mütəmadi monitorinqlər aparılmır", - deyə mərkəz bildirir.

"Stratfor" əlavə edir ki, Azərbaycan Ordusu sərhəd boyunca hərbi nəzarəti ələ alır: "Azərbaycan tərəfi 

yanvarın sonunda Odundağ strateji yüksəkliyində nəzarəti yenidən ələ aldı. Belə görünür ki, Azərbaycan

 Ordusu fəal şəkildə Ermənistanı geri çəkilməyə məcbur edir. Xüsusilə Qazax rayonu boyunca sərhəd 

xətlərində üstünlüyü ələ almağı bacarıb. Odundağ yüksəkliyində nəzarəti ələ almaq Ermənistanla 

müharibədə kiçik də olsa mühüm üstünlükdür".

Mərkəz əlavə edir ki, Azərbaycan Qarabağı addım-addım geri qaytarır.

"Cəbhədə və sərhədyanı ərazilərdə baş verənlər bunu göstərir. Azərbaycan tərəfinin nəzarəti ələ 

aldığı ərazilər kiçik görünə bilər. Amma bu, faktiki olaraq münaqişədə ciddi fərqlə üstünlük deməkdir. 

Bu üstünlük Azərbaycana danışıqlar masasında da kömək edə bilər", - deyə məqalədə qeyd olunur.


OXŞAR XƏBƏRLƏR