90 manat dərdimizə çarə olacaqmı?

90 manat dərdimizə çarə olacaqmı?
 

Xəbər verdiyimiz kimi 2020-ci ilin yanvar ayının 1-dən dövlət tərəfindən bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqının ayrılması nəzərdə tutulur. Həmçinin bəlli olub ki, 2020-ci il üçün dövlət tərəfindən səhiyyə sahəsinə ayrılan büdcənin 70-80 faizi icbari tibbi sığortaya sərf olunacaq. Bu prosesin ölkədə mərhələli şəkildə tətbiq olunması təklif olunub.

Nəzərdə tutulub ki, ən bahalı əməliyyatlar sayılan açıq ürək əməliyyatları, şuntlama, stent qoyulması, orqan transplantasiyası, eləcə də ekstrakorporal mayalanma icbari tibbi sığorta zərfinə daxil edilsin.

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah”a danışan tibb üzrə ekspert, professor Adil Qeybulla 90 manatın az olduğunu bildirib:

"Əslində bu rəqəm çox azdır. Amma bir şeyi unutmamalıyıq ki, hamı bundan eyni səviyyədə istifadə etməyəcək. Lakin icbari tibbi sığortanın təminatı üçün bu az məbləğdir. Hər halda bu iş başlayanda müəyyən nöqsanlar olacaq. Düşünürəm ki, vaxt ötdükcə bu nöqsanlar aradan qalxacaq. Onu da mütləq qeyd etməliyəm ki, bu proses ölkənin iqtisadi vəziyyətinə çox bağlıdır. İstənilən halda tibbi icbari sığortaya ayrılan vəsait ümumi səhiyyə üçün ayrılmış vəsaiti bütövlükdə götürsək belə çox azdır. Amma bu o demək deyil ki, bu sığorta səhiyyənin bütün problemlərinin həlli olacaq”.

Professor həmçinin bildirib ki, hələ ki bu prosesdə aydın olmayan məsələlər çoxdur:

"Bir neçə gün öncə sığortanın ümumrespublika olacağı bildirilmişdi, amma indi sığortalanmanın region-region mərhələli şəkildə keçiriləcəyi açıqlanıb. Hər rübdə 1 region sığortaya cəlb olunacaq”.


OXŞAR XƏBƏRLƏR

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...