9 küçə iti yaşlı qadını parçaladı – FOTOLAR

9 küçə iti yaşlı qadını parçaladı – FOTOLAR

Türkiyənin Kırşehrində qızını mətkəb avtobusuyla yola saldıqdan sonra evə qayıdan qadın itlərin hücumuna məruz qalıb.

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qışqır-bağır salan qadın qonşusu tərəfindən itlərin əlindən xilas edilib. Daha sonra qadın təcili yardımla dərhal xəstəxanaya aparılıb.

 

Başında və bədəninin müxtəlif yerlərində yaralar olan qadının (Sebahat Karaman) bir il bundan əvvəl də elə həmin yerdə itlərin hücumuna məruz qaldığı məlum olub.

 

Qadını itlərin əlindən xilas edən qonşu "səhər anam namaza qalxanda itlərin səsini eşitmişdi. "Yəqin itlər Sebahet xalanı yıxıb", - deyərək mənə xəbər verdi. Tez ayaqqabılarımı geyinim çölə qaçdım. Gördüm ki, itlərin hamısı qadının üstünə cumub. 9 it var idi, ondan sonrasını saya bilmədim. Üst-başını parçalamışdılar” deyə bildirib. 


 


 

Sfera.az


OXŞAR XƏBƏRLƏR