82 yaşlı Ağacan Abıyev: Gələn il deputat olmayacam!
13:40 / 25.10.2019
2027
"Gələn il Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak etməyəcəm”.
Sfera.az xəbər verir ki, bu barədə Unikal.org-a Milli Məclisin deputatı Ağacan Abiyev deyib.
O bildirib ki, gələn il yaş həddi ilə əlaqədar Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyini irəli sürməyəcək:
"Artıq mən yaşlanmışam. Hesab edirəm ki, bizim yerimizi gənclər tutmalıdır”.