“80 dollara doğru...” - ABŞ-İran gərginliyinin artırdığı neft qiymətlərini nə gözləyir?

“80 dollara doğru...” - ABŞ-İran gərginliyinin artırdığı neft qiymətlərini nə gözləyir?

"2019-cu ilin mayından dünya birjalarında Brent markalı neft indiyə qədər 70 dollardan yuxarı həddi keçməmişdi. Buna səbəb isə ABŞ və İran arasında yaşanan siyasi gərginlikdir”.

Sfera.az xəbər verir ki, bu sözləri yeni sabah-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib. O, neftin qiymətinin artmasını belə şərh edib: 

"CNBC-yə verdiyi müsahibədə "Energy Aspects” şirkətinin təhlilçisi Amrita Sen bildirib ki, bazarın qeyri-sabitliyi və neft qiymətlərinin hazırkı artımı İranın general Süleymaninin ölümünə necə cavab verəcəyi sualının bazar iştirakçıları üçün məçhul olması ilə əlaqədardır. Onun sözlərinə görə, belə bir təhlükə var ki, İran Körfəzi bölgəsindəki ABŞ-a dost olan ölkələrin neft obyektlərində təxribat edə bilərlər, necə ki, ötən ilin sentyabrında "Saudi Aramco” şirkətinin neft obyekləri dronlarla hücumlarla məruz qalmışdılar.

London "İCE Futures” əmtəə birjasında Brent markalı neftin bir barelinin qiyməti Bakı vaxtı ilə 10:30-da 70,17 dollar təşkil edib. Bu da əvvəlki sessiyanın yekun qiymətindən 1,57 dollar (2.29%) çoxdur. Ancaq bu gün elektron hərraclara start verilərkən Brent markalı neftin bir barelinin maksimum qiyməti 70,75 dollar cıvarında qiymətləndirilib.

Xatırladaq ki, cümə günü ticarət nəticəsində fyuçerslər 2,35 dollar (3,55%) bahalaşaraq bir barelə görə 68,86 dollara qədər yüksəlmişdi.

Nyu-York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin fevral ayındakı fyuçersləri bazar ertəsi 1,26 dollar (2%) bahalaşaraq 64,31 dollara çatıb. Cümə günü bazarın bağlanması zamanı əvvəlki sessiya ilə müqayisədə neft 1,87 dollar (3,06%) artaraq 63,05 dollara bərabər olmuşdu.

"Bloomberg” agentliyi xəbər verir ki, bu arada ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumların artması riski barədə xəbərdarlıq edib. "Riskin artımını nəzərə alaraq neftin bundan sonra daha yüksək qiymətlərə istiqamət götürmək potensialını müşahidə edirik”, - deyə "Rapidan Enerji” şirkətinin prezidenti Bob Maknalli bildirib.

Qlobal neft bazarı üçün əsas risklərdən biri İranın Körfəz ölkələri tərəfindən istehsal olunan neftin böyük bir hissəsinin ixrac edildiyi Hörmüz boğazını bağlamasıdır. Rəsmi Tehran Qərbin ona qarşı təzyiqləri zamanı əks həmlə kimi daim bu varianta əl atmaq məsələsini gündəmə gətirir. Son zamanlar ABŞ-ın İrana qarşı sanksiyalarının gücləndirilməsi fonunda Hörmüz boğazı ətrafında gərginlik də artır”.

Ekspert həftə ərzində neftin qiymətinin hansı istiqamətdə dəyişəcəyi məsələsi ilə bağlı öz proqnozunu verib:

"Bu təbii ki, ABŞ-İran münasibələrinin hansı məcrada inkişafından asılı olacaq. Əgər biz yaxın günlərdə ABŞ-a qarşı təkcə birbaşa İran tərəfindən deyil, eləcə də dünyanın müxtəlif güşələrindəki şiə qruplaşmaları tərəfindən hansısa cavab həmlələrinin edildiyini görəcəyiksə, onda bu hadisə neft bazarı üçün risklərin artımı demək olacaq və nəticədə neft qiymətləri 80 dollara doğu irəliləməyə meylli olacaq, çünki böyük ehtimalla ABŞ da məsələni seyrçi kimi müşahidə etmək fikrində olmayacaq. Yox əgər İran tərəfi bir qədər dözüm nümayiş etdirib çoxlarının gözlədiyi cavabı gecikdirsələr, onda neft qiymətləri yenidən 65 dollar ətrafında ticarət edilə bilər”.

İlham Şaban həmçinin Azərbaycandakı vəziyyətlə bağlı da məlumat verib:

"Dünyada yaşanan siyasi gərginlik, baxmayaraq ki, hamı sabitlik arzu edir, neftin qiymətini artırır. Azərbaycan üçün qiyməti 55 dollardan götürmüşük. Hazırda 70 dollardan yuxarıdır. İl uğurlu başlayıb. Neftimiz 15 dollar proqnozdan artıq  qiymət ilə satılır. Bunun nə qədər davam edəcəyi bəlli deyil. Ancaq hər dolların artımı büdcəmizə gələn xeyli gəlir deməkdir. Tarixdə bu qədər büdcə defisiti olmayıb. Təxminən 2 milyard manat büdcə defisti büdcədə var. Hökümət özəlləşdirmə, xarici borclanma, daxildə hansısa neft sirlərinin buraxılması və s. Bu addımları atmadan neftin artım qiymətləri sayəsində bu defisiti bağlaya bilər. O defisiti bağlamaq, nəticəsində də qarşıda duran büdcə layihələrini rahatlıqla həyata keçirə bilər. Bu, hökümətimiz üçün ən yaxşı variantdır”. 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda AĞIR QƏZA - Ölənlər var + FOTO

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə ...

Azərbaycan nefti cüzi UCUZLAŞDI

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üz...

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...

Xankəndidə silah-sursat AŞKARLANDI

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd ol...

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...