78 yaşlı qocadan şok etiraf: 90 narkomanı, fahişəni, avaranı öldürdüm - FOTO

78 yaşlı qocadan şok etiraf: 90 narkomanı, fahişəni, avaranı öldürdüm - FOTO
ABŞ-ın Texas ştatındakı Dallas şəhərində həbsxanada cəza çəkən 78 yaşlı Semüel Littl 90 nəfəri öldürdüyünü etiraf edib.

Birləşmiş Ştatların müxtəlif yerlərində həmin qətllərin üstü hələ də açılmayıb.

Sfera.az milli.az-a istinadən bildirir ki, S.Littl üç qadını amansızlıqla qətlə yetirdiyinə görə ömürlük həbs cəzası alıb. Lakin onun 1970-ci illərdə törədilmiş qətllərlə bağlı olduğu istisna deyil.

İyul ayında o, 1994-cü ildə Ektor qraflığında Denis Kristi Braysı öldürməkdə suçlandığı üçün Kaliforniyadan Texasa ekstradisiya olunmuşdu. Littl Kaliforniya ştatında 3 qadını qətlə yetirdiyi üçün həbsxanaya salınmışdı.

1970-2005-ci illərdə ABŞ ərazində 90-dan artıq qətl törətməkdə suçlanan S.Littlə bağlı yeni istintaqa çoxsaylı ştatların polisləri, Federal Təhqiqat Bürosunun əməkdaşları, Ədliyyə Nazirliyinin müstəntiqləri cəlb olunublar.

FTB hesab edir ki, S.Littl, sadəcə, Texas və Kaliforniyada yox, Florida, Corciya, Kentukki, Tennesi, Missisipi, Luiziana, İllinoys, Ohayo, Kaliforniya, İndiana, Arizona, Nyu-Meksiko və Cənubi Karolinada da 90 nəfərdən artıq insanı öldürüb.

Ona qarşı irəli sürülmüş ittihamlar sübut olunarsa, Semüel Littl ABŞ tarixinin ən qəddar qatili olacaq.
 
Ted Bandi 30, Con Ueyn Qeysi isə 33 nəfəri öldürdüyünü etiraf etmişdi.

Hazırda 30 qətlin məhz S.Littl tərəfindən törədildiyi sübut olunub.

Sabiq boksçu Semüel Littl 1970-2005-ci illərə ölkəni dolaşaraq narkomanları, fahişələri, avara və sərgədan insanları özünə hədəf seçmişdi.

Bundan başqa, son 56 ildə onun quldurluq, qarət, oğurluq, narkotik maddələr saxlamaqla bağlı çoxsaylı cinayətlərdə əli olduğu da güman edilir.

S.Littl 2012-ci ildə həbs olunmuşdu. 

OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır

Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işlədiyi müddətdə bütün S...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz...

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...